Logo
news content
User
Kateqoriyalar

Xəbər

General Gerasimov Ukraynada yaralandı

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.

Bu barədə hərbi jurnalist və bloger Aleksandr Şulman yazıb.




66 yaşlı Gerasimov sağ ayağının yuxarı üçdə bir hissəsində sümük sınığı olmayan qəlpə yarası alıb. Həyati təhlükəsi yoxdur.






Ordu generalı Gerasimov və digər zabitlərin Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində oturduğu qeyd olunur. İlkin məlumata görə, 20 zabit həlak olub.

“Vertical” Telegram kanalı xəbər verir ki, Rusiya Baş Qərargah rəisi Gerasimov Rusiya ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışır və onların təchizatı dayandırılıb.

Xəbərdə bildirilir ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri 10-dan çox yüksək səviyyəli rus komandirini, o cümlədən azı altı generalı məhv edib.

Qeyd edək ki, Valeri Gerasimov Ukraynadakı müharibənin əsas memarlarından biri sayılır. Bəzi məlumatlara görə, o, Vladimir Putinin müharibəyə başlamaq üçün qərar qəbul etdiyi zamanı məsləhətləşdiyi üç nəfərdən biridir.

Eyni zamanda, Ukrayna müharibəsindəki uğursuzluqdan sonra onun Putinin etibarını itirdiyi də bildirilir. İstisna deyil ki, Rusiya lideri onu cəza olaraq ön cəbhəyə göndərib.