Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gədəbəydə etiraz aksiyası

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin sakinləri qızıl mədəninin fəaliyyəti nəticəsində su hövzələrinin yaranması ilə bağlı etiraz aksiyası keçiriblər. Aksiya iştirakçılarının sözlərinə görə, su hövzələrində zəhərli maddələr toplanır.

Polis gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb, yerli mənbələr bildiriblər.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan-a bildiriblər ki, iyunun 20-də günorta Gədəbəy rayonu Söyüdlü kəndinin bir qrup sakini süni su anbarının tikintisinə qanunsuz müdaxilə edib.

"Polis əməkdaşlarının qanuna əməl etməyən şəxslərlə profilaktik söhbətindən sonra onlar ərazidən kənarlaşdırılıb. Araşdırma aparılır", - Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.