Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gədəbəy sakini: "Qızılı yeyən, zəhərini də aparsın"


Çərşənbə axşamı Baş Nazir Əli Əsədovun qərarı ilə Gədəbəyin Söyüdlü kəndindəki "vəziyyəti araşdırmaq üçün" komissiya yaradılıb. Bu qərar Söyüdlü sakinlərinin iki gün ard-arda etiraz aksiyası keçirməsindən sonra verilir.






https://www.youtube.com/watch?v=NcF790lM-HI



İyunun 20-də baş vermiş etiraz aksiyasında sakinlərlə polis arasında qaşıdurma olmuş, polis etirazı dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllədən istifadə etmişdi, sakinlər BBC-yə bildiriblər.





Daxili İşlər Nazirliyi çərşənbə günü yaydığı məlumatda bildirib ki, Gədəbəyin Söyüdlü kəndindəki aksiya zamanı polis "emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib" və bu əmələ hüquqi qiymət veriləcək.




Sakinlərin etirazına səbəb Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılması olub. Onların sözlərinə görə, mövcud gölə axıdılan bu tullantılar ekologiyaya ciddi zərər vurur. Yeni yaradılması nəzərdə tutulan göl isə həm kəndin örüş yeri olan ərazisində salınır, həm də ekoloji vəziyyəti daha da ağırlaşdıracaq.





Baş nazir komissiyaya tapşırıb ki, Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlər aparılsın və mövcud vəziyyət qiymətləndirilsin. Qərarda o da deyilir ki, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətləri araşdırılsın, o cümlədən müvafiq təkliflər hazırlansın.










Gədəbəy Söyüdlü, etiraz





Sakinlərin etirazına səbəb Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılması olub. Onların sözlərinə görə, mövcud gölə axıdılan bu tullantılar ekologiyaya ciddi zərər vurur. Yeni yaradılması nəzərdə tutulan göl isə həm kəndin örüş yeri olan ərazisində salınır, həm də ekoloji vəziyyəti daha da ağırlaşdıracaq.




"Polisin əli silahsız camaata əl qaldırması düzgün idimi?"





Gədəbəyin Söyüdlü sakinləri çərşənə günü aksiya keçirib. Onlar ötən günki aksiyada saxlanılanların sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə maneə olub.





Kənddə sakinlərlə görüşən BBC müxbirinin məlumatına görə, polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb.





Hadisə yerinə Gədəbəy Rayon İcra Hakimiyyəti rəhbərliyi gələrək sakinlərə onları narahat edən problemləri müzakirə etməyi təklif edib.





Sakinlər rayon rəhbərliyi ilə görüşüb onları narahat edən problemləri rayon rəhbərliyinə çatdırıblar.





Kənd sakini Güləsər Alıyeva BBC-yə deyib ki, onlar aksiyadan öncə rayon icra başçısının qəbuluna getsələr də, onunla görüşə bilməyiblər:





"Biz iki-üç gündür polisə də, icra hakimiyyətinə də getmişik, saatlarla icra başçısını gözləmişik. İcra nümayəndəsi bizə deyib ki, başçı tədbirdədir. Yağış yağıb, gecəyə kimi suyun içində gözləmişik. Gecə bizi zorla göndəriblər ki, çıxın, gedin. Bizim tutulanların günahı nədir? İndi rəhbərlik bizi sizə görə, bu çəkilişlərə görə qəbul elədi. Mənim bu yaşımda burada işim nədir? Polisin əli silahsız camaata əl qaldırması düzgün idimi? Qızılı kim yeyir ay sənin başına dönüm? Qızılı yeyən, zəhərini də aparsın, ya qapısına doldursun, nə edir, etsin. Nə qızılını istəyirik, nə də zəhərini".





Kənd sakini Qətibə Alıyeva isə bildirib ki, ekologiyanın pozulması nəticəsində kənd sakinləri xərçəng xəstəliyinə tutulub:





"Uşaqlar da xəstə doğulur, müalicə etməyə imkanımız yoxdur. Bizim bütün ağaclarımız quruyub, biz havadan zəhər uduruq. Hamısı da o gölün zəhəridir. Bu gölün bizə xeyri yoxdursa, zəhəri nəyimizə lazımdır? Biz dünən polisi döyməyə yox, torpağımızın davasını çəkməyə getmişdik. Bu torpağı Prezident bizə verib. Niyə bizim torpağımız zəbt olunsun? Niyə biz torpağımızın üstündə döyülək?"





Söyüdlü kəndinin bələdiyyə sədri Fərman Abdullayev BBC-yə deyib ki, kənddə ikinci süni gölün yaradılması üçün əhalinin örüş torpaqları əllərindən alınıb.





Gədəbəy rayon icra başçısı Orxan Mürsəlov isə BBC-nin sualına cavab olaraq bildirib ki, kənd ərazisində ikinci göl inşa olunmur. O, həmçinin deyib ki, kəndin mal-qarası üçün bələdiyyənin yetərincə ərazisi var.





Orxan Mürsəlov hazırkı göldə toplanan tullantılara görə kənddə xəstəliklərin yayılması ilə bağlı səslənən iddiaları təkzib edib. O əlavə edib ki, hazırkı göl fəaliyyətini başa çatdırandan sonra orda işlər aparılacaq və ərazi əvvəlki vəziyyətinə qaytarılacaq. İcra başçısı özü də gölə yaxın ərazidə yaşadığını deyərək bildirib ki, burda sağlamlığa zərər verən vəziyyət yoxdur.










Gədəbəy Söyüdlü, etiraz







Ötən gün baş verən aksiyada 7 nəfər Söyüdlü sakini saxlanılıb, onlara 20 sutkalıq həbs verilib, kənd sakinləri bildirib.





İyunun 20-də Gədəbəydə qızıl mədəninin tullantıxanasının ləğvini tələb edən Söyüdlü kənd sakinləri ilə polis arasında qarşıdurmanı əks etdirən və sosial mediada yayılmış videolarda polisin etirazçıların gözlərinə nəsə sıxdığı görünür. Sakinlər BBC-yə bunun gözyaşardıcı qaz olduğunu deyiblər.





Daxili İşlər Nazirliyi bildirib ki, Gədəbəyin Söyüdlü kəndində polis "emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik".





DİN sözçüsü Elşad Hacıyev bildirib ki, onun əməlinə hüquqi qiymət veriləcəkdir.










Gədəbəy





Daxili İşlər Nazirliyi bildirib ki, Gədəbəyin Söyüdlü kəndində polis "emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik".




Bundan əvvəl Elşad Hacıyev BBC Azərbaycancaya bildirmişdi ki, videogörüntülərdə "polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəyə ezam olunub".





Daxili İşlər Nazirliyi ötən gün Gədəbəydə baş vermiş aksiya ilə bağlı yaydığı açıqlamada bildirib ki, Söyüdlüdə bir qrup şəxsə "qeyd olunan əraziyə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq toplaşıblar".





"Həmin şəxslər polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər", açıqlamada deyilir.





Kənd camaatı isə BBC müxbiri ilə söhbətində nazirliyin açıqlamasını təkzib edib. Sakinlər bildirib ki, onlar heç bir zorakılığa yol verməyiblər.










Gədəbəy Söyüdlü, etiraz





"Bura bizim örüş yerimizdir, biz mal-qaramızı harada otaraq?" deyə sakinlər BBC müxbirinə bildiriblər.




Söyüdlü sakinlərinin şüarları




BBC müxbiri xəbər verir ki, hazırda sakinlər əllərində "Gələcək nəsil xəstə böyüyür", "Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Gəncə, Goranboy, hətta Bakı təhlükə altındadır", "Təbiətin səsi çıxmır, çünki təbiət ölür", "Bu mübrizə bütöv bir millətin mübarizəsidir, tək Gədəbəyin yox" kimi müxtəlif şüarlar yazılan plakatlar qaldırıblar.









Gədəbəy Söyüdlü, etiraz






Onlar dünənki aksiyada saxlanılanların azad olunmasını tələb edirlər. Sakinlər "geri çəkilməyəcəklərini", süni gölün tikilməsinə imkan verməyəcəklərini deyirlər.





"Bura bizim örüş yerimizdir, biz mal-qaramızı harada otaraq?" deyə sakinlər BBC müxbirinə bildiriblər.










Gədəbəy Söyüdlü, etiraz





Söyüdlü sakinlərinin bildirdiyinə görə, polis kəndlilərin etirazını dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllədən istifadə edib.




Çərşənbə günü səhər saatlarında BBC müxbiri ilə telefonla danışan və adının açıqlanmasını istəməyən bir sakin BBC-yə demişdi ki, "Kəndin ağsaqqalları yığışıb məsələ ilə bağlı öz aralarında söhbət etdilər. Qərara gəlmişik ki, geri çəkilək. Çünki gücümüz çatmır. Ora gedən kimi polisləri tökürlər, camaatı vururlar, qadınlara əl qaldırırlar".





Onun sözlərinə görə, ötən gün baş vermiş etirazdan sonra saxlanılanlardan biri kəndin 80 yaşlı ağsaqqalı olub.





"Məhkəmə qərarı ilə onu 1500 manat cərimə edib, buraxıblar", kənd sakini deyib.





O bildirib ki, saxlanılan digər şəxslər haqda hansı qərar verildiyi ilə bağlı sakinlərdə məlumat yoxdur:





"Amma deyilənə görə, polis bölmədə onlardan birini dəyənəklə vuraraq ayağını sındırıb".





Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC-yə deyib ki, hazırda saxlananlarla bağlı hər hansı bir məlumat yoxdur.





O əlavə edib ki, Gədəbəy rayonuna ezam olunan DİN əməkdaşları müvafiq xidməti yoxlama apardıqdan sonra məlumat verəcəklər.





Ötən gün Söyüdlü sakinlərinin bildirdiyinə görə, polis kəndlilərin etirazını dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllədən istifadə edib.





Daxili İşlər Nazirliyi bildirib ki, sakinlər süni gölün tikintisinə qanunsuz müdaxilə ediblər.


https://www.youtube.com/shorts/w71LObmQ4pY