G7-nin xarici işlər nazirləri Münhendə görüşəcək
22 Yanvar 2023
“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri fevralda Rusiya-Ukrayna müharibəsinin başlanmasının birinci ildönümü ərəfəsində birlik əlaməti olaraq birgə iclas keçirəcək.
Bu barədə “Japan Today” nəşri məlumat yayıb.
Yüksək səviyyəli diplomatların 2023-cü ildə ilk görüşü fevralın 17-dən 19-dək keçiriləcək illik Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.
İclasa Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi sədrlik edəcək. Planlaşdırılan görüşdə xarici işlər orqanları rəhbərləri təcavüzü dayandırmaq və Ukraynaya dəstək vermək üçün Rusiyaya təzyiq göstərməkdə həmrəyliklərini bir daha nümayiş etdirəcəklər.