“G7” liderləri Yaponiyada Ukrayna və Tayvanla bağlı sənəd qəbul edəcəklər
12 Mart 2023
Yaponiya “Böyük yeddilik” (G7) ölkələrilə birlikdə may ayında Xirosimada keçirilən sammitin yekunlarına əsasən qəbul edilməsi planlaşdırılan sənədlərin razılaşdırılması prosesinə başlayıb.
Pressklub.az xəbər verir ki, bu barədə “NHK” telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Tərəflər birgə bəyanatın məzmunu üzərində iki istiqamətdə - iqtisadiyyat və regional vəziyyət üzrə işləyirlər. Qarşıdan gələn xarici işlər nazirlərinin görüşləri və “G7” sammiti zamanı əsas müzakirə mövzularından biri Ukrayna ətrafında vəziyyət olmalıdır. XİN rəhbərlərinin aprelin ortalarında keçiriləcək görüşündə buna xüsusi diqqət yetirməsi planlaşdırılır.
Qiymət artımının qlobal iqtisadiyyata təsiri və gələcək addımlar “Böyük yeddilik” ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərlərinin may ayında keçiriləcək sammitdən əvvəl baş tutacaq görüşünün əsas mövzusu olacaq.
Həmçinin gözlənilir ki, tərəflər Tayvan ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıqlar fonunda kritik mallar, ilk növbədə yarımkeçiricilər üçün təhlükəsiz təchizat zəncirlərinin yaradılmasının zəruriliyini təsdiq edəcəklər.
Bu iki görüş və yekun sənədlər G7 liderlərinin birgə bəyanatının əsasını təşkil edəcək.