Fransada 471 nəfər saxlanılıb
01 İyul 2023
Fransa hüquq-mühafizə orqanları ötən gün iğtişaşlar zamanı 471 nəfəri saxlayıb.
Pressklub.az xəbər verir ki, bu barədə BFMTV kanalı daxili işlər Cerald Darmaninə istinadən məlumat yayıb.
Bundan əvvəl 270 nəfərin saxlanıldığı deyilirdi.
Marsel şəhərinin meri Benoit Payan nazirdən şəhərə əlavə hüquq-mühafizə qüvvələrinin göndərilməsini tələb edib.
Xatırladaq ki, Fransada 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra nümayişlər başlayıb. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.
Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb. Bu, 2023-cü ildə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir. Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb.