
Fransa Ukrayna ordusuna 2 milyard avro hərbi yardım ayırıb
27 Mart 2025
Bu gün Ukrayna prezidenti Volodimir Zelenski Fransanın paytaxtı Parisə səfər edib.
Zelenski təhlükəsizlik məsələləri üzrə sammitini (istəklilər koalisiyası) hazırlamaq üçün Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib ki, Fransa Ukraynaya əlavə 2 milyard avro hərbi yardım ayıracaq.
Onun sözlərinə görə, bu pullar Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarına yönəldiləcək.
"Bunlar "Milan" tank əleyhinə raketləri, "Mirage", "Mistral" yerüstü müdafiə raketləri ilə təchiz edilmiş "Misa" hava hücumundan müdafiə raketləri üçündür. Bunlar həm də Ukraynaya zirehli maşınlar kimi cəbhəni saxlamağa imkan verəcək vasitələr üçündür. Bunlar silah-sursat, o cümlədən uzaqdan idarə olunan döyüş sursatları üçündür. Bu, həm də müdafiə müəssisələrimizlə tərəfdaşlıq sayəsində Ukraynada avadanlıq istehsalı üçündür", - Makron bildirib.
O, həmçinin Donald Trampın Ukraynadakı müharibəni mümkün qədər tez bitirmək niyyətlərini dəstəklədiyini bildirib.
Makron bildirib ki, Səudiyyə Ərəbistanında aparılan danışıqlar müharibənin daha geniş şəkildə sona çatması üçün ilk addım ola bilər.