Logo
news content
User
Kateqoriyalar

Xəbər

Finlandiya və İsveç NATO-ya üzvlük üçün rəsmi müraciət etdi

Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət edib.

TASS xəbər verir ki, bununla bağlı NATO-nun Baş katibi Yens Stoltenberqə ərizələr təqdim olunub.

"NATO İsveç və Finlandiyanın alyansa qoşulmaq üçün ərizələri təqdim etməsini alqışlayır və bunun üçün zəruri olan məsələlərin tezliklə həllinə zəmanət verir" - Baş katib bildirib.

O əlavə edib ki, İsveç və Finlandiyanın Alyansa daxil olması ilə Baltikyanı ölkələrin təhlükəsizliyi daha da güclənəcək.