Finlandiya geri çəkildi: Türkiyəyə silah embarqosu ləğv olundu
26 Yanvar 2023
Finlandiya 2019-cu ildən Türkiyəyə tətbiq etdiyi silah embarqosunu ləğv edib.
Bunu Finlandiya Müdafiə Nazirliyi bildirib.
Nazirlik 2019-cu ildən qüvvədə olan “Türkiyəyə hərbi texnika ixracına qoyulan embarqonu” ləğv etdiyini və ona satış üçün lisenziya verildiyini açıqlayıb.
İlk ixrac icazəsi Finlandiyanın “Miilux” polad şirkətinə verilib.
Qeyd edilir ki, şirkət Ankaraya hərbi texnika üçün 12 min ton zireh satmaq niyyətindədir.
Qeyd edək ki, silah satışı icazəsi Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünü təsdiqləmək üçün irəli sürdüyü şərtlərdən biri idi.