Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fəlakət sürətlə yaxınlaşır? - Türkiyə Mərkəzi Bankının ehtiyatları 28 milyard dollar azalıb

Türkiyə Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları ötən həftə 3,1 milyard dollar azalaraq 98,5 milyard dollara düşüb.

Bu barədə TCMB məlumat yayıb.

Məlumatda qeyd edilir ki, son 2,5 ayda bankın cəmi ehtiyatlarında 28 milyard dollar azalma müşahidə olunub. Xalis ehtiyat isə seçkidən bir həftə əvvəl 4,4 milyard dollar geriləyib. Beləliklə, xalis ehtiyatda tarixdə ən aşağı səviyyə qeydə alınıb.

Svoplar istisna olmaqla xalis ehtiyatlar pisləşməkdə davam edib. Belə ki, mayın 26-dan başlayan həftədə xalis ehtiyat mənfi 60,5 milyard dollar olub. Əvvəlki həftə bu rəqəm mənfi 60,3 milyard dollar olaraq qeydə alınıb.

Yerli rezidentlərin valyuta depozitləri isə 7 milyard dollar azalıb.

Ötən həftə yerli rezidentlərin xarici valyutada depozitlərinin sürətlə xaricə getməsi də diqqəti cəlb edib. Əvvəlki həftədə 183 milyard dollar olan xarici valyuta depozitləri mayın 26-sı bitən həftədə 176 milyard dollara düşüb.

Fiziki şəxslərin xarici valyutada depozitləri əvvəlki həftə ilə müqayisədə 3,9 milyard dollar azalaraq 105,8 milyard dollar, hüquqi şəxslərin xarici valyutada depozitləri isə 3 milyard dollar azalaraq 70,3 milyard dollar olub.