Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Faşist şüarları səsləndirilən ölkədə necə yaşamaq olar?!” - Rövşən Əsgərov

Xəbər verdiyimiz kimi, Rusiya azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu axtarışa verib.

Rövşən Əsgərov jurnalist, “İ Qryanul Qrem” yutub kanalının müəllifi Vadim Radionova müsahibəsində Rusiyadan Azərbaycana köçməsinin səbəbini açıqlayıb.

“Küçə ilə gedirsən və teatr binasının üzərində nasist svastikası görürsən, belə bir ölkədə necə yaşamaq olar?! Artıq sadəcə olaraq burada yaşaya bilmirsən. İnsanların toplaşdığı və faşist şüarlarının səsləndirildiyi bir ölkədə necə yaşamaq olar?! Orada yaşamaq mümkün deyil”, - deyə o bildirib.

R. Əsgərovun sözlərinə görə, Rusiya onunla yaxşı davranmayıb: “Bu ölkə mənimlə elə davrandı ki, artıq ona doğma bir şey kimi baxmırsan. Bu, dəhşətlidir. Təsəvvür edin ki, orada yaşayırsınız və bir nənəniz var. O, sizi yedizdirib-içizdirir və bir gün baltanı götürür, hər şeyi dağıtmağa və sizin arxanızca qaçmağa başlayır. Siz isə qaçırsınız”.