Logo
news content
User
Kateqoriyalar

Xəbər

EU4 Independent Media (Aİ4 Müstəqil Media) proqramı Azərbaycanda jurnalist təhqiqatına dəstək məqsədi ilə müsabiqə elan edir

Kontent (Məzmun) istehsalı


(İkinci müsabiqə – Jurnalist təhqiqatı) 


Tematik məzmun istehsalı üzrə açıq və şəffaf  


MÜSABİQƏ ELANI


EU4 Independent Media (Aİ4 Müstəqil Media) proqramı Azərbaycan auditoriyası üçün jurnalist təhqiqatı əsasında kontent istehsalına dəstək məqsədi ilə müsabiqə elan edir.

Təhqiqat jurnalistikasına dəstək proqramının ümumi məqsədi yüksək ictimai maraq kəsb edən mövzular üzrə dərin və səmərəli araşdırmalara yardım göstərməkdir. Layihənin icrası Avropa İttifaqı tərəfindən dəstəklənir.

Proqramın məqsədləri:

  1. Şərq Tərəfdaşlığı ölkələrində kontent istehsal edən araşdırmaçı jurnalist komandalarını və media təşkilatlarını dəstəkləmək;

  2. Kontent istehsalı üzrə seminarlar, mentorluq vasitəsi ilə, habelə texniki yardım göstərməklə qeyd olunan komandaların və media qurumlarının bacarıqlarını artırmaq;

  3. Müasir üslubda və janrlarda hazırlanmış, yüksək ictimai maraq kəsb edən təhqiqat materiallarına ölkə əhalisinin müxtəlif platformalardan istifadə etməklə çıxış imkanlarını genişləndirmək.


Jurnalist təhqiqatları aşağıdakı mövzulara həsr oluna, lakin bu mövzularla məhdudlaşmaya bilər:

  • Korrupsiya və maliyyə cinayətləri;

  • Mütəşəkkil cinayətkarlıq;

  • İctimai asayiş və təhlükəsizlik;

  • Demokratiya və insan hüquqları;

  • Ətraf mühit və iqlim dəyişikliyi;

  • Səhiyyə.


Müsabiqədə iştirak üçün uyğun namizədlər:

  • Altı Şərq Tərəfdaşlığı ölkəsinin auditoriyalarına ünvanlanmış, qanuni qeydiyyatdan keçmiş media qurumları (həmin ölkələrin hüdudlarından kənarda fəaliyyət göstərənlər də daxil olmaqla);

  • Jurnalistika və mətbuat azadlığı sahəsində fəaliyyət göstərən gəlirsiz təşkilatlar;

  • Müstəqil kontent istehsal edən təşkilatlar;

  • Yuxarıda qeyd edilənlərin hər hansı biri üçün iş görən jurnalistlər/kontent istehsalı qrupları.


Müraciət edənlər jurnalist təhqiqatı aparmaq sahəsində bacarıqlarını və təcrübələrini sübuta yetirməli, işlək Etik Kodeksə və ya Redaksiya Qaydalarına malik olmalıdırlar. Uyğunluq meyarlarının tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

Müsabiqə iştirakçıları kontent istehsalı üçün maksimum €100.000 məbləğində dəstək üçün müraciət edə bilərlər.

Müraciət üçün son tarix - 9 iyul 2023-cü il.

Necə müraciət etməli?

Zəhmət olmasa, yalnız online müraciət formasından istifadə edin.

Lütfən Uyğunluq meyarlarını diqqətlə oxuyun. Müraciət prosesində yarana biləcək suallarınızı mailto:[email protected] ünvanına göndərin.