Əsrin diplomatiyası: Blinken son 5 ildə ilk dəfə Çinə səfər edən ABŞ rəsmisi olub
19 İyun 2023
ABŞ dövlət katibi Entoni Blinken Çinə səfər edib. Dövlət katibinin ilk görüşü Çinin xarici işlər naziri Sin Qangla ilə olub.
İki gün davam edəcək səfər zamanı Blinkenin Çin prezidenti Si Cinpinlə görüşəcəyi də gözlənilir. Bundan əlavə, dövlət katibinin Çinin digər rəsmiləri ilə danışıqlar aparacağı planlaşdırılır.
Bu, ABŞ rəsmisinin son beş ildə Çinə ilk səfəridir.
Blinkenin Pekinə səfəri fevral ayına planlaşdırılsa da ABŞ öz hava məkanında Çinə məxsus hava şarını vurmasından sonra təxirə salınmışdı.
Vaşinqton sözügedən hava şarının kəşfiyyat xarakterli uçuş etdiyini, Çin isə onun sadəcə uçuş kursundan çıxmış hava şarı olduğunu iddia edib.
Blinkenin Pekinə səfərinin Çin rəhbəri ilə ABŞ prezidenti arasında görüşə hazırlıq olduğu bildirilir. Beləki Co Bayden daha əvvəl yaxın aylarda Si Cinpinlə görüşə ümid etdiyini deyib.
Son vaxtlar Vaşinqtonla Pekin Tayvanla bağlı kəskin bəyanatlar verirlər. Çin adanı öz ərazisi hesab edir və Amerikanı Tayvan hakimiyyəti ilə birbaşa əlaqlərə görə tənqid edir.
ABŞ Tayvanı müstəqil dövlət kimi tanımır, lakin Çinin adanı güc yolu ilə ilhaq etmək hədələrinə qarşı çıxır.
Bundan başqa ABŞ və Qərb ölkələri Ukraynaya qarşı müharibədə Çinin Rusiyanı silahla təmin etməyə başlaya biləcəyindən ehtiyatlanır. Amma indiyə qədər belə ltədarükün birbaşa sübutunun olmadığı bildirilir.
Hələ bu ilin fevralında Blinken bildirib ki, Pekin Moskvaya qeyri-öldürücü hərbi yardım edir, həmçinin silah tədarükü imkanlarını nəzərdən keçirir. Çin hakimiyyəti isə bildirir ki, onlar münaqişə tərəflərindən heç birinə silah tədarük etmir və bunu etməyi də planlaşdırmır.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümündə Çin münaqişənin həlli üçün sülh planını təklif edib.
12 bəndlik sənədə hərbi əməliyyatların dayandırılması, sülh danışıqlarının bərpası, ölkələrin suverenliyinə hörmət və s. məsələlər daxil olsa da Kiyev və müttəfiqləri hesab edirlər ki, bu plan Ukraynanın maraqlarını nəzərə almır.