Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərzaq 17,3 faiz bahalaşıb - Rəsmi statistika

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 50,8 faizinin ərzaq məhsullarının, 5,4 faizinin içkilər və tütün məmulatlarının payına düşdüyü bildirilir.

Başqa bir rəsmi məlumata əsasən, yanvar-fevral aylarında istehlak qiymətləri 2022-ci ilin eyni dövrünə 13,9 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,3 faiz, qeyri-ərzaq məhsulları 12,2 faiz, ödənişli xidmətlər 10,6 faiz bahalaşıb.