Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanla Azərbaycan arasında münasibətlər Avropa İttifaqı Beynəlxalq Məsələlər Şurasının iclasında müzakirə olunacaq

Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması məsələləri Avropa İttifaqının Beynəlxalq Məsələlər Şurasının iyunun 26-da Lüksemburqda keçiriləcək iclasında müzakirə olunacaq.

İclasın gündəliyinə həmçinin rəqəmsal diplomatiya məsələləri, əsasən də diplomatik məsələlərin həllində İnternet və informasiya-kommunikasiya texnologiyalarından istifadə, Ukraynadakı vəziyyətin müzakirəsi daxildir.

Bundan əlavə, Tunisdəki vəziyyət, Ermənistan - Azərbaycan, Belqrad-Priştina dialoq haqqında məlumatlar dinləniləcək, Şuranın məlumatında deyilir.