Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda 6 bal gücündə zəlzələ

Ermənistanın Şirak və Lori rayonlarında 5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 23:35-də Gürcüstan və Ermənistan sərhədindən 13 km şimal-şərqdə yerləşən Bavra kəndindən baş verib.

Episentrdə yeraltı təkanların gücü 6 bal olub.

Zəlzələ Şirak və Lori bölgələrində 5 bal, Tavuş bölgəsində 3-4, həmçinin İrəvan, Kotayk və Araqatsotnda 3 bal gücündə hiss olunub.