Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan və Azərbaycan xarici işlər nazirləri yaxın günlərdə Moskvada görüşəcəklər

Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda Moskvada xarici işlər nazirləri səviyyəsində Azərbaycan-Ermənistan məsləhətləşmələrinin keçiriləcəyini təsdiqləyib.

TASS-ın məlumatına görı, o bu barədə, cümə günü Şuşada keçirilən Qlobal Media Forumunda deyib. “Yaxın günlərdə Moskvada danışıqların daha bir raundu keçiriləcək”, - deyə Əliyev bildirib.

Erməni tərəfi də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada gözlənilən görüşü barədə məlumatı təsdiq edib.