Ermənistan Rusiya hərb maşınından imtina edir
19 İyul 2023
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar rəisləri Komitəsinin sədr müavini, admiral Kristofer Qredi və ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Çarlz Braun ilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Görüş zamanı Ermənistan-Amerika müdafiə əməkdaşlığının hazırkı vəziyyəti, qarşıda duran proqramlar, birgə tədbirlərin həyata keçirilməsi, peşəkar serjant sisteminin tətbiqi və komandanlığın konkret vəzifələrin həlli yolu ilə həyata keçirilməsi konsepsiyası, eləcə də regional təhlükəsizlik və hərbi-hava qüvvələri sahəsində daha geniş əməkdaşlıq imkanları ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
44 günlük İkinci Qarabağ müharibəsi, ondan əvvəlki və sonrakı toqquşmalar zamanı ciddi məğlubiyyətlə üzləşən Ermənistan rəhbərliyi ordu quruculuğu məsələlərinə diqqəti gücləndirməsi sirr deyil. Bir müddət öncə Paşinyan iqtidarının Hindistanla 260 milyon dollar həcmində silah sazişi imzaladığı məlum olmuşdu. Buraya 4 ədəd “Pinaka” zenit-raket kompleksi, müdafiə texnikası aiddireləcə də, idarə olunan raketlər aiddir. Ermənistanın “Akaş”, MR-SAM zenit-raket komplekslərinə, Hindistan istehsalı olan PUA-lara maraq göstərdiyi də bildirilirdi.
Ermənistan paralel olaraq, Fransa və İranla da hərbi əməkdaşlığı genişləndirir. Məsələn, Ermənistanın Fransadan zirehli maşınlar aldığı məlumdur. Razılaşma müdafiə naziri Suren Papikyanın ötən ilin sentyabrında Parisə səfəri zamanı əldə edilib. Artıq bu maşınların 50 ədədlik ilk partiyası göndərilib. Fransa həmçinin, Ermənistana “Menestrel” zenit-raket kompleksi də göndərməyə söz verib.
Yerevan və Tehran arasında da hərbi əməkdaşlıq dinamik şəkildə davam edir. Bəzi məlumatlara görə, İran gizli şəkildə Ermənistana tank əleyhinə raket kompleksləri, eləcə də PUA-lar verib. Son zamanlar Azərbaycanla lokal hərbi qarşıdurmalar zamanı istifadə edilən PUA-ların da İran istehsalı olduğu güman edilir.
Göründüyü kimi, ordunu ciddi şəkildə gücləndirmək qərarına gələn Paşinyan hökuməti üzünü ənənəvi tərəfdaşı və donoru olan Rusiyaya deyil, başqa ölkələrə tutub. Bu, addım rəsmi Yerevanın Rusiya silahlarından narazılığı ilə bağlı ola bilər.
Paşinyan 44 günlük müharibə başa çatandan dərhal sonra bəyanatında Rusiya silahlarının “yararsız” olduğunu demişdi. Məsələn, “İsgəndər” raketi barədə danışan baş nazir onun cəmi “10 faiz” partladığını bildirərək, keçmiş baş nazir Serj Sarqsyandan izahat tələb etmişdi. Bir müddət öncə müharibənin nəticələrinin araşdırılması ilə bağlı parlament komissiyasının iclasında isə bəzi silahların idarəçiliyinin onlarda olmadığını bildirmişdi.
Digər tərəfdən, İkinci Qarabağ müharibəsi zamanı Rusiya (Ermənistan) və Qərb (Azərbaycan) silahının müəyyən mənada qarşıdurması birincinin xeyrinə başa çatmamışdı. Ukrayna müharibəsi isə Rusiya silahının acizliyini çılpaq şəkildə ortaya qoydu. Buna görə də, artıq Rusiyaya silahına etibar etməyən Ermənistan alternativ mənbə axtarışına çıxıb.
Belə görünür ki, Yerevan, paralel olaraq, mövcud hərbi sistemdən də imtina etmək niyyətindədir. Amerika ilə danışıqlarda peşəkar serjant sisteminin tətbiqi və komandanlığın konkret vəzifələrin həlli yolu ilə həyata keçirilməsi konsepsiyası özündə Qərb sisteminə keçidi nəzərdə tutur. Bu, özünü doğrultmayan və artıq hər sahədə NATO standartlarına uduzan Rusiya sistemindən imtina anlamına gəlir.
Qalır, Ermənistanın bütün bu “dost olmayan” addımlarına Moskvanın mümkün reaksiyası.
Ukraynada başı açılsa, Moskva yüz faiz reaksiya verəcək.
Press Klub