Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan Qarabağı Azərbaycanın daxili işi sayır: Statusla bağlı danışıqlar aparmaq iddiasında deyilik

Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində 2022-ci ilin büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı deyib.

O, Ermənistanın belə bir mandatı olmadığını qeyd edib.

“Statusun müəyyən edilməsi məsələsinə gəlincə isə, biz iddia irəli sürmürük və buna çalışmırıq”, - Mirzoyan deyib.