Ermənistan öz ərazisində KTMT təlimlərini keçirməkdən imtina edib
10 Yanvar 2023
Laçın dəhlizi açılmasa da, Yerevan KTMT-dən və MDB-dən çıxmayacaq. Bu barədə çərşənbə axşamı Yerevanda keçirilən mətbuat konfransında baş nazir Nikol Paşinyan bildirib.
"Tərəfdaşlarımızla ultimatum dilində danışmalı olduğumuzu düşünmürəm. Biz hazırki vəziyyətlə bağlı demək istədiyimizi artıq açıq şəkildə demişik və əlavə edəcəyimiz heç nə yoxdur", deyə o qeyd edib.
Onun sözlərinə görə, yolun bağlanmasının məqsədi Qarabağ sakinlərinin iradəsini və öz vətənində yaşamaq qətiyyətini sındırmaq idi. O, Rusiya tərəfin yolda sərbəst hərəkəti təmin etməli və onu nəzarəti altına götürməli olduğu haqqında tələbini təkrar edib.
Daha sonra Paşinyan bildirib ki, Ermənistan öz ərazisində KTMT-nin "Sarsılmaz qardaşlıq 2023" təlimlərini keçirməkdən imtina edir. O, Rusiyanın 44 günlük müharibə zamanı və 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi qarşıdurmaları nəzərdə tutaraq, 2020-ci ildən sonra Ermənistanın təhlükəsizliyinin zamini kimi rolunu yerinə yetirmədiyini qeyd edib.
"Ermənistan Rusiyalı tərəfdaşlarından və digər tərəfdaşlarından təhlükəsizlik sahəsində konkret addımlar gözləyirdi. Amma Yerevana Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmadığı cavabını veriblər", deyə o bildirib.
"Bu məsələ gələcək münasibətlərin qurulması nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Noyabrda KTMT-nin Yerevanda keçirilən sammitində Ermənistan tərəfi bu məsələyə aydınlıq gətirilmədən hər hansı sənədi qəbul etmək niyyətində olmadığını bəyan edib", deyə Paşinyan qeyd edib.