Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan KTMT Baş katibinin müavini vəzifəsindən imtina edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələrin kəsilməsi istiqamətində daha bir addım atıb.

Pressklub.az-ın Ermənistan KİV-nə istinadla iməlumatına görə, rəsmi İrəvan KTMT Baş katibinin müavini vəzifəsindən imtina edib.

Ermənistan Xarici İşlər Nazirliyi məlumatı təsdiq edərək bildirib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini postuna kvotadan imtina edib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın KTMT-dən çıxa biləcəyinə dair iddialar yayılmışdı.