Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan konstitusiya dəyişikliyi müzakirələrinə başlayır

Ermənistanın Konstitusiya islahatları komissiyası martın 1-də ölkənin yeni əsas qanunun hazırlanması məsələsini müzakirə edəcək.

“Hraparak” qəzeti xəbər verir ki, toplantıda konstitusiyaya dəyişikliklər müzakirə olunacaq.

“Ermənistanın baş naziri Nikol Paşinyan bu işlə məşğul olacaq yeni şura yaratmayacaq. Çünki vaxt azdır. Həm də bu işlə məşğul olmağa az adam razılıq verəcək”, - nəşr yazıb.

Qeyd edək ki, Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Rəsmi Bakı iki ölkə arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün Ermənistanın qanunvericiliyinin dəyişdirilməsini tələb edir.

N.Paşinyan daha əvvəl konstitusiyaya dəyişikliklərin olacağını açıqlamışdı.