Ermənistan hələ də Qarabağ erməniləri üçün "qarantlar institutu"na nail olmağa çalışır
26 İyun 2023
"Bizim üçün ermənilərin hüquqlarının müdafiəsi ən vacib məsələdir. Bu məsələ unudula bilməz, bu, özünü aldatmaqdır." Bu barədə bu gün Ermənistan parlamentinin spikeri Alen Simonyan "Bakı, nəhayət, Bakı-Xankəndi dialoqunda beynəlxalq mexanizmin tətbiqinə razı olacaqmı" sualının cavabında jurnalistlərə deyib.
"Bilmirəm, bu məsələ sülh müqaviləsinə daxil ediləcəkmi, yoxsa ayrıca sənəd olacaq, amma qarantlar institutu olmalıdır. Bizdə artıq üçtərəfli bəyanatla bağlı fakt var, onun müddəaları yerinə yetirilmir və qarant- ölkə tədbir görmür, ya da görə bilmir",-Simonyan iyunun 27-də Vaşinqtonda Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında başlayacaq danışıqların növbəti raundu ərəfəsində bildirib.
Onun fikrincə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qarabağın erməni əhalisi üçün əlavə təhlükəsizlik zəmanətlərindən "söhbət belə gedə bilməz" bəyanatı Azərbaycan tərəfinə ziyan vurur, çünki belə reallıq olarsa, onlar on illər ərzində problemə səbəb olan məsələni həll etməyəcəklər". "Bu, reallıqdan uzaqlaşmaqdır, məsələ belə həll olunmayacaq",- Simonyan deyib.
Bununla yanaşı, o qeyd edib ki, "danışıqlar olduqca intensiv gedir”. “Hazırda görürəm ki, irəliləyiş var", - o deyib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bundan öncə bəyan edib ki Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə bəzi beynəlxalq zəmanətlər barədə Ermənistanın tələbləri qəbuledilməzdir.
"Biz bir sıra səbəblərə görə Ermənistan Respublikası tərəfindən belə ilkin şərt və ya bəhanəni qəbul etmirik", - o, iyunun 23-də Reuters agentliyinə müsahibəsində deyib.
"Ən prinsipial məsələ aşağıdakıdır: bu, daxili, suveren məsələdir. Azərbaycan Konstitusiyası və Azərbaycanın iştirakçısı olduğu bir sıra beynəlxalq konvensiyalar bu əhalinin hüquqlarına zəmanət verilməsi üçün bütün lazımi şəraiti təmin edir", - o bildirib.
Nazir deyib ki, etnik ermənilər digər etnik və dini azlıqlar kimi Azərbaycan cəmiyyətinə və dövlət strukturlarına inteqrasiya olunduqları təqdirdə hələ də öz doğma dillərindən istifadə edib təhsil ala və öz mədəniyyətlərini qoruyub saxlaya bilərlər.
Bununla yanaşı, Ceyhun Bayramov Ermənistanın xarici işlər nazirilə gələn həftəyə planlaşdırılan Vaşinqton görüşü ərəfəsində deyib ki, "Ermənistan müəyyən addımlar atmağa hazır olarsa, sülh sazişi tamamilə mümkündür".