Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdirəcək

Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Azərbaycanla razılaşma əsasında delimitasiya olunmuş ərazilərdə sərhəd qoşunları yerləşdiriləcək. Çünki sərhədlərdə təhlükəsizliyi təmin etmək onların vəzifəsidir. Yəni sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq", - Paşinyan Ermənistanın İctimai telekanalına müsahibəsində deyib.