Ermənilər Laçın postunu atəşə tutdular - Yaralanan var
15 İyun 2023
15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanmışdır. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulmuş, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Bu barədə pressklub.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur.
Bu təxribata görə bütün məsyuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.