Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni tərəfi: Bayramov və Mirzoyanın Vaşinqton görüşü tezliklə baş tuta bilər

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında təxirə salınmış Vaşinqton danışıqları tezliklə baş tuta bilər”.

Erməni mənbələrinin sözlərinə görə, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan jurnalistlərə açıqlamasında bildirib.

Bakının İrəvanın sülh sazişi ilə bağlı təkliflərinə cavabına gəldikdə isə Xaçatryan bunun işgüzar məsələ olduğunu və tərəflərin fikir mübadiləsi apardığını deyib.

“Əsas odur ki, son müzakirələr zamanı tərəflərin mövqelərinin yaxınlaşması müəyyən edilib”, - deyə Ermənistan baş nazirinin müavini jurnalistlərə bildirib.