Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni ekspert üç Cənubi Qafqaz respublikası liderinin sammitini keçirməyi təklif edib

Ermənistan, Azərbaycan və Gürcüstanın ekspert icmalarının üçtərəfli formatda müzakirə etmək üçün çoxlu mövzuları var.

Bu barədə Ermənistan tərəfindən "Sülh körpüsü" təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının sədri Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına dair Qəbələdə keçirilən mətbuat konfransında bildirib.

"Ötən il Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirilib. Biz ekspert səviyyəsində bu görüşü əsas götürdük, çünki çoxdan deyirdik ki, belə bir görüşə və üçtərəfli formatda işə ehtiyac var. Müzakirə üçün çox sayda mövzular var. Bunlar ətraf mühit, xarici siyasət, risklər, nəqliyyat və logistika, iqtisadiyyat və sairədir", - o qeyd edib.

Onun sözlərinə görə, bu gün regional əməkdaşlıq formatı üçün bütün zəminlər mövcuddur.

A.Koçinyan hesab edir ki, dünyadakı hazırkı geosiyasi vəziyyət də Cənubi Qafqazda inteqrasiyanın güclənməsinə kömək edir.