Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni deputat: "Daşnaksütyun qadağan edilməlidir"

Erməni İnqilabi Federasiyası - Daşnaksütyun Partiyasının fəaliyyəti qadağan olunmalıdır.

“Hraparak” xəbər verir ki, bu təkliflə ölkənin baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Mülki Müqavilə Partiyasından olan deputat Akop Aslanyan çıxış edib.

Onun sözlərinə görə, Daşnaksütyun Ermənistanın müxtəlif rayonlarındakı yerli təşkilatlarını bağlayıb.

A.Aslanyan bunu dürüstlük kimi qiymətləndirib. O vurğulayıb ki, ölkədə Daşnaksütyunun fəaliyyət göstərməsi üçün qanuni əsas yoxdur: “Partiyalar haqqında” qanuna əsasən, təşkilatın fəaliyyəti qadağandır”.

A.Aslanyan deyib ki, partiya fəaliyyətini bərpa etmək üçün qurultay keçirməlidir, ancaq daşnaklar bunu etməyib.

“Bəli, Daşnaksütyun antierməni təşkilat olduğuna görə fəaliyyətini dayandırmalıdır. Bunu yalnız mən demirəm, tanınmış insanlar da bu fikirdədir”, - deputat söyləyib.

O, Daşnaksütyun Partiyasını xaricə casusluqda ittiham edib və bununla bağlı əlavə araşdırmalar apardığını, materiallar topladığını deyib.

Qeyd edək ki, Daşnaksütyun Partiyası 1890-cı ildə Tbilisidə yaradılıb. 1994-cü il dekabrın 28-də Ermənistanın o vaxtkı Prezidenti Levon Ter-Petrosyanın sərəncamına əsasən, siyasi partiyalar haqqında qanunu pozduğu üçün fəaliyyəti qadağan olunub.