Erkin Qədirli payızda konstitusiya referendumunun keçiriləcəyini proqnozlaşdırır
18 İyul 2023
2023-cü ilin payızında Azərbaycanda konstitusiya referendumu keçirilə bilər, Milli Məclisin deputatı, REAL Partiyasının üzvü, hüquqşünas Erkin Qədirli ehtimal edir.
Bunun obyektiv səbəbləri var – "sistem köhnəlib, idarəetmə xərcləri və siyasi risklər artıb, səmərəlilik azalıb", Qədirli öz teleqram- kanalında yazıb.
Qədirlinin fikrincə, hazırkı sistem postmüharibə dövrü (2020-ci il 44 günlük müharibə) üçün yararsızdır.
Referendumun keçirilməsinin mümkünlüyülə bağlı Qədirlinin ehtimalları parlamentin 2023-cü ilin büdcəsinə əlavələr etməsinə əsaslanır ki, buna görə də seçkilərlə bağlı tədbirlərin xərcləri 50 faiz artıb.
Deputat hesab edir ki, referenduma həm yeni Konstitusiyaya dəyişikliklər, həm də yeni Konstitusiyanın qəbulu çıxarıla bilər.
Qədirli hansı islahatların gözlənildiyi barədə məlumata malik deyil. Bununla yanaşı, hüquqi məqsədəuyğunluq baxımından ilk növbədə yerli hakimiyyətdə kardinal islahatı zəruri hesab edir. Onun fikrincə, rayon icra hakimiyyəti başçılarının hazırkı sistemi SSRİ-nin süqutundan bəri qalır. Bu başçılar mahiyyətcə kommunist partiyasının rayon komitələrinin katiblərini əvəz edib. Bu sistem köhnəlib və günün tələblərinə cavab vermir. Eyni zamanda, təmsilçi demokratiya orqanları – bələdiyyələr dövlət hakimiyyəti sisteminə daxil deyil.
Qədirli inzibati bölgü islahatını zəruri hesab edir, çünki Azərbaycan kimi kiçik ölkə üçün 66 rayon, 14 respublika tabeli şəhər və 12 şəhər rayonu administrasiyasına ehtiyac yoxdur.
Qədirlinin fikrincə, referenduma inzibati vahidlərin və müvafiq olaraq onların bələdiyyələrinin genişləndirilməsi və gücləndirilməsi məsələsi çıxarıla bilər.
O hesab edir ki, iqtisadi, mədəni və sosial məsələlər icra hakimiyyətindən bələdiyyələrə verilə bilər. Siyasi riskləri idarə etmək üçün ölkə daxilində bəzi bölgələrdə artıq sınaqdan keçirilmiş "prezidentin səlahiyyətli nümayəndəsi" institutunun tətbiqi mümkündür.
Qədirli seçki sistemində islahatlar, ikipalatalı parlamentə keçid və aşağı palataya proporsional seçki sistemi məsələsinin də referenduma çıxarılmasını istisna etmir.
Nazirlər Kabinetinə gəlincə, hazırda onun real səlahiyyətləri yoxdur.
Əgər onu saxlamaq niyyəti varsa, Nazirlər Kabinetini, məsələn, prezident respublikası olan Fransada olduğu kimi, parlamentə tabe etmək lazımdır.
Əks halda, Nazirlər Kabineti tamamilə ləğv edilə bilər, belə ki, bu praktika ABŞ-da mövcuddur, Erkin Qədirli hesab edir.