Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan elan etdi - Seçkilərin vaxtı dəyişməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin vaxtı ilə bağlı müəmmaya aydınlıq gətirib.

Pressklub az xəbər verir ki, Ərdoğan seçkilərin əvvəlcədən elan olunmuş vaxtda olacağını bildirib: “Mayın 14-də xalqımız lazım olan qərarı verəcək”.

Türkiyə prezidenti bunu martın 1-də sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputat fraksiyasının toplantısında deyib.

Onun sözlərinə görə, bəziləri üçün danışmaq asandır: “Onlar sadəcə danışır, kamera arxasına keçir. Çünki onlar məsuliyyət daşımırlar".