Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ənvər Həsənovun vəziyyəti yaxşı deyil

Bir neçə ay öncə səhhətində ciddi problemlər yaranan Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova atasının səhhətindən danışıb.

Aytən Həsənova bildirib ki, atasının vəziyyəti yaxşı deyil:

“Atamın səhhətində heç bir irəliləyiş yoxdur, vəziyyəti yaxşı deyil. Şəkər, təzyiq və yuxusuzluqdan əziyyət çəkir. Son vaxtlar da güclü ayaq ağrıları var. Ayaqları tez-tez tutulur, yeriyə bilmir. Hər saat xəstəxanaya getməyə də maddi imkanımız yoxdur. Mədəniyyət Nazirliyi isə bizlə, ümumiyyətlə, maraqlanmır, müraciətlərimizə baxılmır. İndiyə qədər nə etmişiksə, hamısı öz gücümüzə olub. Atam bu biganəlikdən çox incikdir”. (oxu.az)