Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əmək miqrantlarına ailələrini Rusiyaya gətirmək qadağan oluna bilər

Sergey Mironovun lideri olduğu "Ədalətli Rusiya-Həqiqət naminə" fraksiyasının deputatları Dövlət Dumasına əmək miqrantlarının ailə üzvlərini Rusiyaya gətirməsinə qadağa qoyan qanun layihəsi təqdim ediblər.

Qanun layihəsinin müəllifləri təkliflərini onunla əsaslandırırlar ki, əmək miqrantlarının ailələrinin Rusiyada qalması "dövlətin sosial infrastrukturuna, o cümlədən təhsil müəssisələri və səhiyyə sisteminə əhəmiyyətli yükə gətirib çıxarır". Onların iddiasına görə, qadağa tətbiq olunarsa, miqrasiya axını 15-20 faiz azalacaq. Belarusdan olan miqrantlar və "yüksəkixtisaslı xarici mütəxəssislər" üçün istisna təklif edilir.

Qanun layihəsi Rusiya Dövlət Dumasının qanunvericilik bazasında dərc olunub.