Əlvida, Olimpiada! - Rusiya və Belarus idmançılarına qadağa qoyulması dəstəklənib
22 Fevral 2023
Dünyanın 30-dan çox ölkəsi Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyulmasını dəstəkləyib.
Pressklub.az "Reuters"ə istinadla xəbər verir ki, bir çox ölkələrin, o cümlədən ABŞ, Fransa və Böyük Britaniyanın imzaladığı birgə bəyanatda deyilir ki, onların belə bir mövqe tutmasına Rusiyanın Ukraynada apardığı müharibə səbəb olub.
"Rusiya və Belarus idmançılarının öz dövlətləri tərəfindən birbaşa maliyyələşdirildiyini və dəstəkləndiyini nəzərə alsaq, onların neytral statusda yarışmasının nə dərəcədə əsaslı olması ilə bağlı ciddi narahatlıqlar var", - bəyanatda deyilir.
Sənəddə həmçinin bildirilir ki, Belarus və Rusiya idmançıları yalnız ölkələrinin başladığı müharibəyə son qoymasına töhfə verərək beynəlxalq idman yarışlarına qayıda bilərlər.
Beynəlxalq Olimpiya Komitəsi yanvarın sonunda təklif edib ki, açıq şəkildə Ukraynada müharibəyə qarşı çıxan rusiyalı və belaruslu idmançıların neytral bayraq altında beynəlxalq yarışlarda iştirakına icazə verilsin. Lakin bu təklif dəstəklənməyib.