Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əlvida! - “Mercedes” Rusiya bazarından tam çıxdığını elan etdi

Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” Ukraynada müharibənin başlamasından 14 ay sonra Rusiya bazarından tamamilə çıxdığını elan edib.

Bu barədə Almaniya Xəbər Agentliyi (DPA) məlumat yayıb.

Alman şirkəti Rusiyadakı bütün aktivlərini "Avtodom" şirkətinə satıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra "Mercedes" 2022-ci ilin martında Rusiyaya ixracı və bu ölkədə istehsalı dayandırıb.