Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əliyev və Paşinyan sabah Brüsseldə görüşəcəklər

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

Bu barədə Avropa İttifaqı Şurasının Mətbuat xidməti xəbər verir.

Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşünün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacağı planlaşdırılır.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.