"Əliyev və Paşinyan iyunda görüşə bilərlər" - Katrin Kolonna
28 Aprel 2023
Fransa ümid edir ki, Ermənistan və Azərbaycan Kişinyovda yüksək səviyyədə dialoq aparacaqlar. Bu barədə Fransanın XİN başçısı Katrin Kolonna Yerevanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
1 iyun 2023-cü il tarixində Moldovanın paytaxtında Avropa Siyasi Birliyinin görüşü planlaşdırılıb. Görüşdə 47 ölkənin liderləri, həmçinin Aİ rəhbərliyi iştirak edəcək.
Kolonnanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi genişləndirməli və gələcək görüşlər üçün təmas nöqtələri tapılmalıdır.
"Ümid edirik ki, Kişinyovda Praqadakı kimi (ötən ilin oktyabrında) yüksək səviyyəli dialoq aparmaq mümkün olacaq", deyə Sputnik Armenia Fransa nazirindən sitat gətirir.
Xatırladaq ki, Praqa görüşündə Fransa przidentinin və Avropa Şurası sədrinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin bəyanatı qəbul dilib. Sənəddə, xüsusən, hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanındığı qeyd edilir.
Həmin ilin dekabrında Brüsseldə çərçivə sülh saziş imzalanmalı idi, amma Bakı Yerevanın sazişə Qarabağın statusu haqqında bənd daxil etmək tələbi ilə əlaqədar görüşdən imtina edib.