Ekspert: Putin Mariupolu götürsə də uduzur...
18 May 2022
Hərbi ekspertlər bildirirlər ki, Rusiya qüvvələri Mariupol şəhərinin xarabalıqları üzərində nəzarəti ələ alsa da, Ukraynanın şərqindəki Donbas regionunu tuta bilməyəcək.
Reuters agentliyi analitiklərə istinadən yazır ki, Rusiya prezidenti Vladimir Putin cəbhə xəttinə yeni qüvvələr göndərə bilər, amma bu, çətin ki, ona Qərbdən ən müasir silahlar almaqda davam edən Ukrayna ordusuna qarşı üstünlük versin.
Polşadakı Rochan konsaltinq şirkətinin direktoru Konrad Muzıka deyir:
"Mənim zənnimcə, bu, indiki qüvvələr nisbətilə Rusiya üçün məğlubiyyətdir, ya da onlar səfərbərlik elan etməlidirlər. Mən bundan başqa seçim görmürəm”.
Muzıka və başqa ekspertlər deyirlər ki, Rusiyanın müdaxiləçi qüvvəsi çox böyük itkilər verib.
Onların fikrincə, Ukraynanın Qərbdən ən müasir silahlar aldığı bir vaxtda Rusiyanın üstünlüyə malik olmaq imkanları azalır.
Londondakı RUSI institutundan Neil Melvin deyir ki, Ukraynaya müdaxilə edən Rusiya qoşunları çətin vəziyyətdədir:
"Vaxt Rusiyanın əleyhinə işləyir. Onların avadanlığı çatışmır. Onların təkmil raketləri qurtarmaq üzrədir. Ukraynalılar isə günü gündən güclənirlər”.
Mayın 17-də Kremlin sözçüsü Dmitri Peskov yenə də deyib ki, Rusiyanın “xüsusi əməliyyatı” plan üzrə gedir və bütün məqsədlərə nail olunacaq.
Lakin Rusiyanın hərbi ekspertlərindən istefada olan polkovnik Mixail Xodaryanok televiziya ilə çıxışında deyib ki, Moskva özünü arxayınlaşdırmağa son qoymalıdır.
Buna baxmayaraq Putinin qüvvələri İzyum şəhəri regionunda hücumlarını davam etdirməyə çalışır.
Hazırda Donbas regionunun 90 faizi Rusiyanın nəzarətində olsa da, Rusiya qüvvələri nə Kramatorsk nə də Slovyanska aparan yolları tuta bilməyiblər.
ABŞ,-ın qeyri-mənfəət CNA analitik mərkəzindən Maykl Kofman deyir ki, o Rusiyanın Donbası tamamilə əlinə keçirəcəyinə inanmır:
"Onların qüvvələri çox zəifləyib. Ehtimal ki, əhval-ruhiyyələri də yüksək deyil. Ortalıqda qoşunları hücuma sövq etmək istəyən zabitlərin zəif cəhdləri var. Belə görünür ki, strateji məğlubiyyətə məruz qalan Moskva da təslim olmaq istəmir”.
Muzıka deyir ki, Rusiya bütün hərbi qüvvələrini Donbasa yönəltsə də Ukraynanın Donetskdəki müdafiə xəttini yara bilmir:
"Onlar İzyum tərəfindən irəliləyə bilməyiblər, odur ki, Severodonetsk və Liman istiqamərtinə keçiblər. Belə görünür ki, onlar Severodonetsk və Liman isdtiqamətində Ukrayna qüvvələrini mühasirəyə almaq istəyirələr”.
Reuters yazır ki, Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov vəziyyəti düzəltmək üçün cəbhə xəttinə gəlsə də, Rusiya qoşunlarının xeyrinə heç bir dəyişiklik baş verməyib.
Vaşinqtondakı Müharibə Araşdırmaları İnstitunundan Cek Keyn bildirir ki, Rusiyanın hücumu divara dirənib.
Cəbhənin başqa istiqamətlərində, məsələn Xarkov ətrafında Ukrayna qüvvələri əks-hücuma keçib. Ukrayna hərbçiləri faktiki olaraq Rusiya qoşunlarını toplardan istifadə edə bilməyəcləri məsafədə geriyə oturdub.
Muzıka deyir ki, Ukrayna Xarkov istiqamətində Rusiya ilə sərhədə çatıb.
Bununla belə hərbi ekspertlər bu qənaətdədirlər ki, Rusiya qüvvələri ilə Donbas regionunda döyüşmək elə də asan olmayacaq. Kofman bu barədə deyir:
"Bu çox ağır döyüş olacaq. Həm də potensial baxımdan uzun döyüş olacaq. Rusiya qoşunları hücuma keçə bilmirlər, amma asanlıqla təslim olmayacaqlar”.
Ukraynaya gətirilən Qərb silahları, xüsusən də M777 ağır haubitsa topları artıq cəbhə xəttində yerləşdirilib.
Muzıka deyir ki, indi artıq ukraynalıların topları rusların toplarından daha uzağı vurur.
Onun fikirncə bu o deməkdir ki, ukraynalılar arxa cəbhədən narahat olmayaraq əks-hücuma keçə bilərlər.
Ekspertin fikrincə, Rusiya hələ də artilleriya üstünlüyünə malikdir.
Ekspertlər bildirirlər ki, Rusiya Ukraynada uzun münaqişəyə hazırlaşır, lakin indiki dinamika ilə bu münaqişə onun xeyrinə olmayacaq.

Vaxt Rusiyanın əleyhinə işləyir

Rusiyanın qüvvələri çox zəifləyib

Rusiya uzun münaqişəyə hazırlaşır