Əkin sahələri niyə azalır? - VİDEO
23 May 2023
Azərbaycanda əkin sahələri azalıb.
Bu gün ölkədə 4 milyon hektardan bir qədər də artıq kənd təssərrüfatı üçün yararlı torpaq sahələri var.
Ölkə əhalisinin sayını, o cümlədən mövcud torpaq ehtiyatları nəzər alsaq, bu, daxili tələbatı ödəməkdə ciddi problemlər yaradır.
İqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, yararlı torpaq sahəsinin 2 milyonu əkin, 2 milyonu isə örüş sahələri üçün nəzərdə tutulub.
Ekspert hesab edir ki, müəyyən subsidiyalardan yararlanmaq üçün əkin sahəsi kimi qeydiyyatda olan səhələr siyahıdan çıxarılıb, eləcə də çox subsidiya almaq üçün mövcud sahələr daha çox yazdırılıb, lakin bütün bunların dürüstləşdirilməsi nəticəsində daha real rəqəmlər ortaya çıxıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov isə qeyd edib ki, əvvəlki illərlə müqayisədə bu il 43 min hektar artıq əkin aparılıb.
Otlaq sahələrinin azalmasına gəlincə, bunun da əsaslı səbəbləri var:
Şöbə müdiri qeyd edib ki, əkin təyinatlı torpağın digər kateqoriyaya keçirilməsi doğru addım deyil.
Daha ətraflı süjetdə: