Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əhməd Obalını döyən şəxs saxlanılıb

Uzun illərdir ABŞ-də mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalını döyən şəxs saxlanılıb.

Pressklub.az xəbər verir ki, o bu barədə özünün sosial media hesabında paylaşım edib.

Ə.Obalı bildirib ki, baş verənlər haqqında çoxsaylı şayiələr yayılıb və bu şayiələr həqiqəti əks etdirmir. Ə.Obalı əlavə edib ki, onu vəhşicəsinə döyən şəxs ABŞ polisi tərəfindən artıq saxlanılıb: "Cinayəti törədən adam tutulub. Polisin istəyi budur ki, biz kimsəylə bu barədə danışmayaq və şayiələrin yayılmasına şərait yaratmayaq. Araşdırma gedir və hər şey bəlli olacaq. Bu məsələnin arxasında daha kimlər ola bilər, axtarılır".

O, səhhətinin normal olduğunu və ölüm təhlükəsini atlatdığını deyib: "Vəziyyətim yaxşıdır, ancaq hələ ki əlim və ayağım iflic vəziyyətdədir. Ona da ümid var ki, düzələcək".

Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu və rəhbəri, ABŞ-də mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı may ayının 21-də səhər saatlarında Kaliforniya ştatında kimliyi naməlum şəxs tərəfindən vəhşicəsinə döyülüb.