Eçmiədzində toqquşmalar olub, saxlanılanlar var
19 Dekabr 2025
Eçmiədzində katolikos II Qareginin tərəfdarları və onun istefasını tələb edənlər eyni anda mitinq keçirilib.
“Azadlıq Radiosu”nun erməni xidməti xəbər verir ki, katolikosun vəzifədən uzaqlaşdırılmasını tələb edənlərlə onu dəstəkləyənləri polis səddi ayırıb. Hər iki tərəf qarşılıqlı olaraq şüarlar səsləndirib.
Polisin səyinə baxmayaraq, II Qareginin tərəfdarları və onun istefasını tələb edənlər arasında toqquşmalar olub. Ermənistan mediası saxlanılanlar olduğunu xəbər verir.