Logo
news content
User
Kateqoriyalar

Xəbər

Duz əvəzinə dron...

Ukraynanın Soledar şəhərindəki “Artyomsol” müəssisəsinin duz ehtiyatları bir paket üçün 500 qriven (13,5 dollar) qiymətinə satılacaq.

Pressklub.az xəbər verir ki, bu barədə Ali Rada məlumat yayıb.

“Biz 20 ton duzu 100.000 simvolik paketə böldük. Bir paketin qiyməti 500 qrivnadır. Hər paketdən 465 qrivna (12,5 dollar) kamikadze pilotsuz təyyarələrdən ibarət donanmanın formalaşdırılmasına ianə olunacaq”, - deyə parlamentin Teleqram kanalında bildirilib.

Bu duzu hər kəs duz ala bilər.

Xüsusi partiyanın xüsusi dizaynı da olacaq. Paketdə ənənəvi “Daş xörək duzu” yazısının əvəzinə “Ukraynanın daş gücü” sözləri olacaq.