Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyanın gözünü dikdiyi körpə: Dağıntılar altında dünyaya gələn Afraa övladlığa verildi - FOTO/VİDEO

Suriyanın Hələb şəhərində dağıntılar altında qalan qadının dünyaya gətirdiyi körpədən yeni xəbər var. Tapılanda Aya (möcüzə) adlandırılan uşaq artıq övladlığa verilib.

Pressklub.az "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, qadın uşağı dünyaya gətirəndən sonra ölüb. Onun ailəsinin digər üzvləri də zəlzələ nəticəsində həlak olublar.

Körpə sağ qalan yeganə qohumuna - əmisi Xəlil əl-Səvadiyə verilib. Əmisi bildirib ki, balacaya anasının adı qoyulub. Belə ki, artıq Afraa adını daşıyan körpə indi yeni ailəsi ilə birlikdədir.

Dağıntılar altında dünyaya gələn balaca Afraa xilas edilərkən hələ də anasına göbək bağı ilə bağlı olub. Axtarış-xilasetmə qrupları tərəfindən xilas edilən körpənin görüntüləri bütün dünyada əks-səda doğurmuş və zəlzələdə ümid simvoluna çevrilmişdi. Afrində xəstəxanaya aparılaraq müalicə olunan körpənin valideynləri və 4 bacısının dağıntılar altında öldüyü öyrəniləndə, dünyada minlərlə insan körpəni övladlığa götürmək istəmişdi.