Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyanın ən böyük neft şirkəti rekord gəlir əldə etdi

Dünyanın ən böyük neft şirkəti “Saudi Aramco”nun 2022-ci ildə xalis mənfəəti rekord həddə - 161,1 milyard dollara çatıb.

Bu barədə Səudiyyə şirkətinin mətbuat xidməti öz saytında məlumat yayıb.

2021-ci ildə “Saudi Aramco” 110 milyard dollar qazanıb. Bu isə o deməkdir ki, ötən il şirkət qazancını 46,5% artırıb. Bu nəticələr yüksək neft qiymətləri və satış həcmi sayəsində əldə edilib.

Orta hesabla, 2022-ci ildə şirkət gündə 13,6 milyon barel neft hasil edib (2021-ci illə müqayisədə +10,6%). Maye karbohidrogenlərin hasilatı sutkada 11,5 milyon barel təşkil edib.