Dünya yeni bahalaşmaya sürüklənir - Xammal çatışmır
16 Fevral 2022
Dünya iqtisadiyyatının bu gün üzıəşdiyi əsas problemlərdən biri müxtəlif məhsullar üzrə sürətli qiymət artımıdır. Xammal və məhsul çatışmazlığı isə qiymət artımını tətikləyən əlavə faktora çevrilib.
Baş verənlərlə bağlı məşhur “Financial Times” qəzeti yazır ki, yaxın gələcəkdə dünyanın əksər ölkələrini xammal və məhsul qıtlığı gözləyir. Bu da yeni bahalaşmaya yol açır. Elə bundan irəli gəlir ki, neftin, metalların, taxılın və digər əsas malların, ərzaq məhsullarının qlobal qiymətləri 2021-ci ilin əvvəli ilə müqayisədə orta hesabla 46 faiz artıb. Sözügedən bahalaşma 1995-ci ildən bəri qeydə alınan ən yüksək artımdır. Qiymətlərin artması qismən qlobal biznesin yaxşılaşması və bir sıra aparıcı ölkədə epidemioloji vəziyyətin yaxşılaşması fonunda istehlak tələbinin kəskin artması ilə də bağlıdır. "Goldman Sachs" investisiya bankının eksperti Nikolas Snouden isə qeyd edir ki, hazırda qlobal iqtisadiyyat üçün vacib olan xammal həcmləri, demək olar ki, tükənib. İnvestorlar kənd təsərrüfatı məhsulları, enerji məhsulları və metallar da daxil olmaqla, bütün kateqoriyada malları almağa başlayıblar. Snoudenin fikrincə, bu hal məhsulların tədarükü, tələbatın artmasına cavab vermir: “Məsələn, məşhur yüksək keyfiyyətli espresso qəhvəsini hazırlamaq üçün istifadə edilən "arabica"nın ehtiyatları son 22 ilin ən aşağı səviyyəsinə düşüb”. “Rabobank”ın baş analitiki Karlos Mera bu xammalın qiymətlərində nəzarətsiz artım gözləyir: “ICE fyuçers birjasında qəhvənin qiyməti artıq son 10 ilin ən yüksək səviyyəsinə yüksəlib, hər funt üçün 2,59 dollar (kiloqram üçün 5,7 dollar) təşkil edir. Bu, cari ilin əvvəli ilə müqayisədə 13 faiz, əvvəlki ilin səviyyəsindən isə iki dəfə çoxdur. Səbəblər tədarükün kəsilməsi və Mərkəzi Amerika istehsalçılarından ixracın azalmasıdır”.
“Financial Times” qəzeti yazır ki, metal ticarətçiləri də malı mümkün qədər tez əldə etmək üçün daha yüksək məbləğlər ödəməyə hazırdırlar: “Məsələn, mis və alüminium ehtiyatları tükənməkdədir. Nəticədə, bir ton metalın qiyməti artıq 3,2 min dollara yüksəlib. Bundan əlavə, akkumulyatorların istehsalı üçün litium çatışmazlığı gözlənilir. Litium karbonatın qiyməti dörd dəfədən çox artaraq bir ton üçün 50 min dolları ötüb. Bu metalların bahalaşması enerji daşıyıcılarının bahalaşması ilə bağlıdır, buna görə də Avropa və Çindəki istehsalat zavodları hasilatı azaltmağa başlayıb. Dünyada neft hasilatı da "donub". Səbəblər pis hava şəraiti, yeni mədənlərə və neft yataqlarına investisiya qoyuluşunun olmaması, həmçinin koronavirus səbəbindən təchizat problemləridir. Nəticədə xam neftin qiyməti artıq 95 dollardan yuxarı qalxıb. Lakin ekspertlərin fikrincə, bu son hədd deyil. Bundan əlavə, qazın qiyməti Avropa ilə qaz münaqişəsi və Rusiya ilə Ukrayna arasında gərginlik fonunda bahalaşır”. “Bloomberg” analitikləri isə bildirir ki, neftin qiymətinin çoxillik maksimumları yeniləməsi dünya iqtisadiyyatına müəyyən zərbə vura bilər: “Neftin 100 ABŞ dolları səviyyəsinə qədər bahalaşması qlobal artım perspektivlərini zəiflədəcək, inflyasiyanı isə sürətləndirəcək. Hesablamalara görə, neftin orta qiymətinin 2021-ci ilin sonundakı 70 dollardan bu il 100 dollara yüksəlməsi ABŞ və Avropada inflyasiyanı daha 0,5% artıracaq. "JPMorgan Chase"in analitikləri güman edir ki, neftin qiymətinin rekord səviyyələrə çatması ümumiyyətlə qlobal ÜDM artımını dayandıracaq və dünya iqtisadiyyatına resessiya yaşadacaq”.
Xatırladaq ki, "Goldman Sachs Group" transmilli investisiya bankının proqnozlarına görə, bu il neftin orta qiyməti 100 dollara çatacaq. Digər transmilli investisiya bankı – "Bank of America Corporation"un proqnozuna görə isə, neftin qiyməti artıq bu ilin ortasında 120 dollara çata bilər.