DTX Tehranda baş vermiş terror aktı barədə qeyri-rəsmi məlumatları dərc etməməyə çağırır
31 Yanvar 2023
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti KİV-i yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı əsassız məlumat dərc etməməyə çağırıb.
“Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur.
İranda baş vermiş hadisə ilə əlaqədar dövlət orqanlarına istinad olunmadan informasiyaların tirajlanmasının yolverilməzliyi barədə media qurumlarına xəbərdarlıq olunur”, - Dövlət Təhlükəsizliyi Xidmətinin 31 yanvar tarixli məlumatında deyilir.