Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlət Departamentinin sözçüsü: “İŞİD düşərgələrini bağlamağın yolu budur...”

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Suriyada terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdə İŞİD üzvləri və ailələrinin saxlandığı düşərgələrin bağlanmasının yeganə yolunun ölkələrin öz vətəndaşlarını geri qəbul etmələri olduğunu bildirib.


Pressklub.az-ın məlumatına görə, sözçü Prays gündəlik mətbuat konfransında ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandanı general Maykl Kurillanın Suriyaya səfəri zamanı təşkilatın nəzarəti altında olan İŞİD düşərgələrinə hərbi həll yolu olmadığına dair açıqlamaları ilə bağlı sualı cavablandırıb.


"Xarici İşlər Nazirliyi bu düşərgələri boşaltmaq üçün nə edir?" sualına Prays belə cavab verib:


“Biz dünya ölkələri ilə danışırıq ki, yeganə davamlı həll yolu onları öz ölkələrinə geri göndərməkdir. Biz son günlər də daxil olmaqla, öz vətəndaşlarını həbs düşərgələrindən geri qəbul edən bir çox ölkələri yüksək qiymətləndiririk. İnanırıq ki, bu, problemin öhdəsindən gəlməyin yeganə yoludur. Terrorla mübarizə büromuz və regional ofislərimiz məhbusların sayını (Suriyadakı düşərgələrdən) azaltmaq və bu həbs düşərgələrini bağlamaq üçün əlimizdən gələni etmək niyyətilə dünya ölkələrini gəzir”.


“Çox ölkələr oradakı vətəndaşlarına fikir vermirlər. Siz o düşərgələrdəki insanların daha da radikallaşacağından və ABŞ-ın oradakı missiyasının öz məqsədindən yayınmasına səbəb olacağından narahat deyilsinizmi?” sualına cavab olaraq Prays deyib ki, bu narahatlıqlar düşərgələrdəki əhalini davamlı şəkildə azaltmağa çalışmalarının səbəblərindən biridir.