Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlət Departamentinin nümayəndə heyəti Karakasa səfər edib

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti yanvarın 9-da Prezident Nikolas Maduronun kənarlaşdırılmasından sonra ilk dəfə Venesuelaya səfər edib.

Bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mövcud məlumatlara görə, ABŞ Dövlət Departamentinə məxsus "Dash 8-300" təyyarəsi Karakasda eniş edib. Səfər ABŞ-nin Karakasdakı səfirliyinin fəaliyyətini bərpa etmək niyyəti fonunda baş tutub.

Mənbə ABŞ-nin Kolumbiyada yerləşən Venesuela Məsələləri İdarəsinin əməkdaşlarının, həmçinin ABŞ-nin Kolumbiyadakı səlahiyyətli səfiri Con Maknamaranın Karakasa səfirliyin mərhələli bərpası imkanlarının ilkin qiymətləndirilməsi məqsədilə gəldiklərini vurğulayıb.