Dövlət Departamenti Qarabağdakı son insidentə münasibət bildirib
07 Mart 2023
“ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılmasına sadiqdir”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Azərbaycanın Qarabağ bölgəsində baş vermiş hərbi insidenti şərh edərkən brifinqdə bildirib.
“İrəliyə aparan yeganə yol dialoq və diplomatiyadır”, - N. Prays vurğulayıb.
Xatırladaq ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar olub.