Dövlət Departamenti Blinkenin Bakıya telefon zəngi barədə: Sülh "hələ də mümkündür", insan hüquqları isə "hər zaman masadadır"
01 Avqust 2023
Bazar ertəsi ABŞ bəyan edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin “əlçatan səviyyədə"olduğuna "inanmağa davam edir".
"Biz sülh sazişi haqqında danışmağa davam edirik və əvvəlkitək inanırıq ki, sülh sazişi əlçatan səviyyədədir",- gündəlik brifinq zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller bu yaxınlarda dövlət katibi Entoni Blinken və Azərbaycan prezidenti İlham Əliyevin telefon danışığı ilə bağlı Turan-ın sualını cavablandırarkən deyib.
Mətbuat katibi əlavə edib: "... Lakin biz hər zaman deyirdik ki, hər iki tərəf çətin kompromislərə getməlidir və məhz buna görə də dövlət katibi Ermənistan və Azərbaycan liderlərini bu kompromislərə razı salmaq üçün onlarla danışmağa davam edib”.
Regionda vəziyyətin pisləşib-pisləşməməsi barədə sualın cavabında Miller hər hansı qiymətləndirmə verməkdən imtina edib.
Turan-ın “Bu yaxınlarda Qubad İbadoğlunun həbsindən sonra dövlət katibi prezident Əliyevin qarşısında insan hüquqları məsələsini qaldırıbmı?” sualına Miller belə cavab verib: "İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik".