Logo
news content
User
Kateqoriyalar

Xəbər

Delsi Rodriqes Venesuelanın müvəqqəti prezidenti kimi and içib

Delsi Rodriqes Karakasda ölkənin Milli Assambleyasında Venesuelanın müvəqqəti Prezidenti vəzifəsinə and içib.

Parlament andiçməni canlı yayımlayıb.

"Mən Venesuela Bolivar Respublikasının konstitusiya ilə Prezidenti Nikolas Maduro Morosun icraçı vitse-prezidenti kimi and içmək üçün bura gəldim. Bunu vətənimizə qarşı qanunsuz hərbi təcavüz nəticəsində Venesuela xalqına vurulan əzab-əziyyətə görə ağrı ilə edirəm", - Rodriqes mərasimdə bildirib.

Səlahiyyətli şəxs Maduronu və onun həyat yoldaşı Siliya Floresi ABŞ-də girov saxlanılan qəhrəmanlar adlandırıb.

"Şərəfimlə and içirəm ki, Venesuelanın azad, suveren və müstəqil bir millət kimi öz arzusuna çatdığını görənə qədər dayanmayacam", - o deyib. D

aha əvvəl Venesuela Ali Məhkəməsi vitse-prezident D.Rodriqesi müvəqqəti dövlət başçısı təyin edib. Bu qərar Ali Məhkəmənin Konstitusiya Palatası tərəfindən 3 yanvar 2026-cı il tarixində baş verən xarici hərbi təcavüz və Venesuelanın konstitusiyalı Prezidenti Nikolas Maduronun oğurlanması ilə əlaqədar qəbul edilib.